*** Son yenilənmə tarixi: 18.03.2009 *** Sayt tam olaraq hazır deyil ***

Ana səhifə Azərbaycan Qanunvericilik HM orqanları Məhkəmə Prokurorluq Kitabxana Forum

Bölmələr

    Son xəbərlər
 
  Distant təlim
 
  Referatlar
 
  Kurs işləri
 
  Buraxılış işləri
 
  Məqalələr
 
  Hüquq firmaları
 
  Hüquqi lüğət
 
  Faydalı resurslar

Linklər

www.e-qanun.az

www.justice.az

www.legal.az

www.aylu.az

www.qanun.az

www.consensus.az

Qan yaddaşı

  Xocavənd-18.02.92 
  Xocalı-26.02.1992 
  Şuşa-08.05.1992 
  Laçın-17.05.1992 
  Kəlbəcər-04.04.93 
  Ağdərə-07.07.1993 
  Ağdam-23.07.1993 
  Cəbrayıl-18.08.1993 
  Füzuli-23.08.1993 
  Qubadlı-31.08.1993 
  Zəngilan-30.10.1993

Axtarış


Sayğac

 
AZƏRBAYCAN RESPUBLİKASI

1. Xəritə

General Information


     2. Dövlət rəmzləri

2.1. Bayraq

General Information


Bayraq hər biri digərinə bərabər endə və üfüqi vəziyyətdə əks olunmuş üç rəngli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Qırmızı rəngli zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir olunmuşdur. Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Bayrağın eni və uzunluğu 1:2 nisbətindədir.

2.2 Gerb
General Information

Gerbdəki ulduz bayraqda olduğu kimi eyni rəmzi mənanın - türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Kənarları qızılı rəngli zolaqla hüdudlanan səkkiz guşəli ulduz üç rəngli: yaşıl (aşağı), qırmızı (orta) və mavi (yuxarı) dairəvi zolaqların üzərində əks olunur. Bu rənglər bayraqdakı rənglərin daşıdığı eyni rəmzi mənanın ifadəsidir.
Ulduzun bütün guşələri arasındakı mavi dairəvi zolağın üzərində qızılı rəngdə səkkiz kiçik nöqtə əks olunmuşdur. Mərkəzdəki iri ulduzun ortasında alov şəkli təsvir olunmuşdur. Alov ölkənin digər rəmzi adının - Odlar Yurdunun ifadəsidir. Alov həmçinin azadlığın rəmzi ifadəsidir. Bütün bunları üzərində cəmləşdirən qızılı rəngli dairə sünbüllərin və palıd budaqlarının təsvirlərindən ibarət qövsün üzərində əks olunmuşdur.

2.3. Milli himn
General Information


Musiqisi: Üzeyir Hacıbəyov
Sözləri : Əhməd Cavad

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!



3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

General Information
     İlham Əliyev
     Tərcümeyi-hal
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.
1977-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.
1985-ci ildə həmin institutu bitirdikdən sonra beynəlxalq münasibətlər və tarix elmləri üzrə elmlər namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illərdə Moskva və İstanbul şəhərlərində özəl biznes sahəsində çalışmışdır.
1994-cü ilin may ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 1-ci müavini təyin olunmuşdur.
1995-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.
1997-ci ildən etibarən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cü ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə sədrin birinci müavini seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmiş, 2004-cü ilin aprelində isə AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı - oğlu və iki qızı var.

4. Ümumi məlumat

4.1 Yerləşdiyi yer: Azərbaycan Respublikası Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Azərbaycan Respublikası şimaldan Rusiya Federasiyası, cənubdan İran İslam Respublikası, qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir.

4.2 Dövlətin rəsmi adı: Azərbaycan Respublikası

4.3 Paytaxtı: Əhalisinin sayı 1 811 000 (2006-cı ilin statistikasına əsasən) nəfər olan Bakı şəhəri

4.4 Dövlət dili: Azərbaycan dili

4.5 Din: Din dövlətdən ayrıdır və bütün dinlər qanun qarşısında bərabərdir

4.6 Pul vahidi: Manat. 1 ABŞ dolları = 0.9170 manat (yanvar, 2006-cı il)

4.7 Əhalisi: 8 436 000 nəfərdir (yanvar, 2006-cı il).

5. Milli bayramlar
1 Yanvar - Yeni il
8 Mart - Qadınlar günü
20-21 Mart - Novruz bayramı
9 May - Faşizm üzərində qələbə
28 May - Respublika günü
15 İyun - Milli qurtuluş günü
26 İyun - Silahlı qüvvələr günü
18 Oktyabr - Milli müstəqillik günü
12 Noyabr - Konstitusiya günü
17 Noyabr - Milli dirçəliş günü
31 Dekabr - Ümumdünya azərbaycanlılarının həmrəylik günü

Qurban və Ramazan bayramları: keçirilmə tarixləri hər il qəməri təqvimlərinə uyğun olaraq dəyişir.

5.1. Xatirə günləri
20 yanvar - Şəhidlərin Xatirə günü
26 fevral - Xocalı Soy qırımı
31 mart - Azərbaycanlıların Soy qırımı

6. Ərazisi
6.1 Ərazisi: 86,600 km2
6.2 Quru sərhədlərinin uzunluğu: 2,646 km
6.3 Həmsərhəd dövlətlərlə olan sərhədlərin uzunluğu: Ermənistanla - 1007 km, Gürcüstanla - 480 km, İranla - 756 km, Rusiya ilə - 390 km, Türkiyə ilə - 13 km.
6.4 İnzibati bölgü
6.4.1 Muxtar Respublika
     Naxçıvan Muxtar Respublikası
     Respublikanın tərkibinə 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.
6.4.2 Rayonlar
Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Dəvəçi, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Hacıqabul, Xaçmaz, Xanlar, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab
6.4.3. Əsas şəhərlər
     Bakı, Əli Bayramlı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şuşa, Yevlax


7.Hökumət
7.1. Dövlət quruluşu: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Milli Məclis (Parlamenti) həyata keçirir; icra hakimiyyəti Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir.

7.2. Qanunverici hakimiyyət: Tək palatadan ibarət olan Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir. 125 deputatdan ibarət olan Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildir.

7.3. İcra hakimiyyəti:
     7.3.1. Dövlət başçısı:
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentinə mənsubdur.

7.3.2. Hökumət başçısı: Prezident Milli Məclisinin razılığı ilə Baş naziri vəzifəyə təyin edir; Prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

7.4. Məhkəmə hakimiyyəti: Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apelyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər.

7.5 Konstitusiya
1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Azərbaycanın yeni konstitusiyası qəbul olunmuş və 1995-ci il dekabrın 5-də qüvvəyə minmişdir. Ölkənin ali qanunu beynəlxalq hüququn fundamental prinsipləri və normalarına uyğun olaraq tərtib edilmişdir.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

• Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
• Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
• vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
• xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
• ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
• ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Konstitusiyanın 1-ci maddəsində göstərildiyi kimi, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.
Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və hakimiyyət qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünüb. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir.
Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir.


Yuxarı
 

Azərbaycan Respublikasının Prezidenti  Konstitusiya Məhkəməsi  Ali Məhkəmə  Ədliyyə Nazirliyi  Baş Prokurorluq  Məhkəmə Hüquq Şurası  Normativ Hüquqi Aktlar

 Dizayn və tərtibat: Mehman & Anar [ Rzayevlər ]
Bütün hüquqlar qorunur © 2006-2009