*** Son yenilənmə tarixi: 18.03.2009 *** Sayt tam olaraq hazır deyil ***

Ana səhifə Azərbaycan Qanunvericilik HM orqanları Məhkəmə Prokurorluq Kitabxana Forum

Bölmələr

    Son xəbərlər
 
  Distant təlim
 
  Referatlar
 
  Kurs işləri
 
  Buraxılış işləri
 
  Məqalələr
 
  Hüquq firmaları
 
  Hüquqi lüğət
 
  Faydalı resurslar

Linklər

www.e-qanun.az

www.justice.az

www.legal.az

www.aylu.az

www.qanun.az

www.consensus.az

Qan yaddaşı

  Xocavənd-18.02.92 
  Xocalı-26.02.1992 
  Şuşa-08.05.1992 
  Laçın-17.05.1992 
  Kəlbəcər-04.04.93 
  Ağdərə-07.07.1993 
  Ağdam-23.07.1993 
  Cəbrayıl-18.08.1993 
  Füzuli-23.08.1993 
  Qubadlı-31.08.1993 
  Zəngilan-30.10.1993

Axtarış


Sayğac

 

AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT RƏMZLƏRİ

g

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Konstitusiyası 2-ci fəsil Maddə 23.



DÖVLƏT BAYRAĞI


Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir ki, bu da aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti  Konstitusiya Məhkəməsi  Ali Məhkəmə  Ədliyyə Nazirliyi  Baş Prokurorluq  Məhkəmə Hüquq Şurası  Normativ Hüquqi Aktlar

 Dizayn və tərtibat: Mehman & Anar [ Rzayevlər ]
Bütün hüquqlar qorunur © 2006-2009